ⓘ Azərbaycan Şəhid Mədani Universiteti

                                     

ⓘ Azərbaycan Şəhid Mədani Universiteti

Azərbaycan Şəhid Mədani Universiteti - Şərqi Azərbaycan ostanının Təbriz şəhərində yerləşən universitet. 1987-ci ildə yaradılmış bu universitet daha çox sadəcə Azərbaycan Universiteti adlandırılır.

Bakalavr və magistr dərəcələrində ümumilikdə 7500 nəfər tələbə təhsil alır. Universitetdə əsasən mühəndislik, təməl elm sahələri, ədəbiyyat və teologiya tədris edilir.

"Research Gate"nin son reytinq cədvəlində görə 1716.47 bal toplamışdır.

                                     

1. Tarixi

Bu universitet 1987-ci ildə Tehran Tərbiyət Müəllim Universitetinin Təbrizdəki filialı kimi yaradılmışdı. Bu Tehrandakı pedoqoji universitetin Təbrizdə filialını yaratmaqda məqsəd İran İslam Respublikasının təhsil siyasətinin lisey və texniki məktəblərə tədbiqinə yardım etmək olmuşdur.

1988-ci ildə universitet Təbriz Tərbiyət Müəllim Universiteti adı altında müstəqil universitet oldu. Bir müddət sonra universitetin adı Azərbaycan Tərbiyət Müəllim Universiteti olaraq dəyişdirildi. 2012-ci ildə İranın təhsil siyasətinin dəyişməsi nəticəsində universitetin təhsil təyinatı da dəyişdirildi və o, ümumi təhsil verən universitetə çevrildi. Bundan sonra universitetin adı Azərbaycan Şəhid Mədani Universiteti olaraq dəyişdirildi. Şəhid Mədani Azərşəhrdən Tufarqan olan din xadimidir və İran İslam İnqilabı zamanı öldürülmüşdür.

Hal-hazırda universitet inkişaf etməkdədir və universitet rəhbərliyinin planlarına əsasən bu universitet yaxın müddət ərzində İranın ən yaxşı təhsil və araşdırma mərkəzlərindən birinə çevrilməlidir.

Azərbaycan Şəhid Mədani Universiteti Şimal-qərbi İranda ən yaxşı universitetlərdən biri hesab edilir.

                                     

2. Kampuslar

Əsas kampus Təbriz kənarında, Təbriz-Marağa yolunda, Azərşəhr və Mamağan yaxınlığında, Təbrizdən 35 km məsafədə yerləşir. Adminstrativ hissə, fakültələr, tələbə yataqxanalarının əksəriyyəti, labaratoriyalar, emalatxanalar və amfiteatrlar əsas kampusda yerləşir. Əsas kampus həmçinin, qatar stansiyasına, 3 restorana, çörəkçiyə, sağlamlıq mərkəzinə və ticarət mərkəzinə malikdir.

Təbriz kampusu Təbriz yaxınlığındakı Dampezeşki adlanan yerdə yerləşir. 2013-cü ildə yaradılan bu kampusda əsasən bakalavr pilləsindən yuxarı pillələrdə təhsil alan elm adamları fəaliyyət göstərirlər. Bu kampusda magistr səviyyəsində tədris edilən sahələr:

  • Struktur mühəndisliyi
  • Elektrik enerjisi mühəndisliyi
  • Analitik kimya
  • Riyaziyyat
  • Nəzəri fizika

Doktorantura səviyyəsində tədris edilən sahələr:

  • Analitik kimya
  • Atom və molekulyar fizika

Təbriz kampusunda həmçinin Virtual və distant təhsil mərkəzi də fəaliyyət göstərir. Universitetin yay və qısa kursları da bu kampusda tədris edilir.

                                     

3. Tələbə cəmiyyətləri

Universitetin akademik, idman və digər sahələrdə fəaliyyət göstərən tələbə assosiasiyası və cəmiyyətləri vardır:

  • Xeyriyyə Assosiasiyası
  • Ədəbiyyat Akademik Cəmiyyəti
  • Musiqi Assosiasiyası
  • Fotoqrafiya və Fim Assosiasiyası
  • Fizika Akademik Cəmiyyəti
  • Tələbə Materialları Assosiasiyası
  • Təməl Elmlər Akademik Cəmiyyəti
  • Botanika Akademik Cəmiyyəti
  • Mühəndislik Akademik Cəmiyyəti
  • Qırmızı Aypara Assosiasiyası
  • Poeziya və Ədəbiyyat Assosiasiyası
                                     

4. Beynəlxalq əlaqələr

Azərbaycan Şəhid Mədani Universitetinin Orta Şərqdə, Avropada və Asiyada bir çox universitet və inistitutlarla əməkdaşlıq və mübadilə proqramları vardır. Onlardan bəziləri bunlardır:

  • Siirt Universiteti Türkiyə
  • Xəzər Universiteti Azərbaycan
  • Qəbzə Texniki Universiteti Türkiyə
  • Yüzüncü İl Universiteti Türkiyə
  • BBCA İnistitutu İtaliya
  • Kanazava Universiteti Yaponiya
                                     

5. Nəqliyyat

Tehran-Təbriz dəmiryolu xəttinin universitet ərazisindən keçməsinə görə Azərbaycan Şəhid Mədani Universiteti İranda özünün dəmiryolu stansiyası olan yeganə universitetdir. Həmçinin universitetə məxsus olan tramvay hər iş günündə 4 dəfə Təbriz və universitet arasında gediş-gəliş edir. 2016-cı ilin aprel ayında bu tramvaya yeni vaqonlar da qoşulmuşdur.

                                     
  • Təbriz Universiteti - İranın ali təhsil müəssisələrindən biri. 1947 - ci ildə Cənubi Azərbaycan milli hökuməti qurulandan sonra, baş nazir Seyid Cəfər Pişəvərinin
  • Səhənd Texniki Universiteti fars. دانشگاه صنعتی سهند - İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində yerləşən tədqiqat mərkəzi və ali təhsil ocağı
  • Azərbaycan muzeyi - müasir İranın şimal - qərbində ən böyük arxeologiya muzeyidir. Muzey Təbrizdəki Xaqani parkı və Göy məscid yaxınlığında yerləşir. 1958 - ci
  • Azərbaycan ostanı ərazisini əhatə edir. Telekanal 12 noyabr 2000 - ci ildən bəri azərbaycan və fars dillərində yayım edir. Telekanal İranın Azərbaycan
  • Eynəli ya Eynalı dağı - İranın Şərqi Azərbaycan ostanında yerləşən dağ. Təbriz şəhəri bu dağın ətəyində yerləşib. Bu dağda deyilənlərə görə Həzrət Əlinin
  • parkı fars. بوستان خاقانی - Təbriz şəhərinin mərkəzində, Göy məscid ilə Azərbaycan muzeyinin yaxınlığında yerləşən, Əfzələddin Xaqaninin adı verilmiş park
  • görə milli irs siyahısına əlavə edilib. 2017 - ci ildən etibarən binada Azərbaycan Mətbuat Muzeyi fəaliyyət göstərir. Həririnin evi XIX əsrdə Təbrizdə tikilib
  • məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biridir. Burada məşhur Azərbaycan yazıçılarının qəbri yerləşir. Şüəra
  • sahəsinin çox hissəsi Meydan çayın cənubundakı Darai, Şühəda, Firdovsi, Şəhid Müttəhəri Çaykənar və İslam Respublikası küçələrində yerləşir.Qeyd edək