ⓘ Dinşünaslıq

                                     

ⓘ Dinşünaslıq

Dinşünaslıq - dinlər haqqında dünyəvi elm. Tarix, sosiologiya, psixologiya, fəlsəfə, filologiya, antropologiya və s. kimi sahələrin nailiyyətlərindən dinlərin araşdırılmasında istifadə edir. Fənlərarası elmlərə aiddir. Dinşünaslıq ilahiyyat deyil, onu araşdıran elm sahəsidir.

                                     

1. Dinşünaslığın predmeti

Dinşünaslıq dinə dünyəvilik yönündən baxışın zəruriliyindən XIX əsrin ikinci yarısında Avropada yaranmışdır. O zaman böyük həcmdə arxeoloji, tarixi, etnoqrafik, linqvistik və s. biliklər əldə edilmişdi. Lakin dinlərə ənənəvi olan ehkamçı və ilahiyyat baxışları bu imkanlardan istifadə etməyi çətinləşdirirdi. Buna görə də Avropa alimləri dinlərə bitərəf, ehkamlardan azad baxışlarla yanaşmış, bütün bu imkanlardan istifadə etmişdilər. Onlar üçün din etiqad deyil, yalnız tədqiqat obyekti olmuşdur.

Dinşünaslığı ilahiyyatdan fərqləndirən cəhət, onun bitərəfliyidir. İlahiyyatçılardan fərqli olaraq, dinşünas heç bir dinə üstünluk vermir, dini təbliğatla məşğul olmur, dinləri yalnız olduğu kimi, elmin bir sahəsi qismində araşdırır və müvafiq nəticələr əldə edir.

Dinşünaslar hansısa dinin ardıcılları, yaxud ateist də ola bilərlər. Bununla belə, onlar problemlərə yalnız akademik metodlar çərçivəsində yanaşmalı, subyektivliyə yol verməməlidirlər. Onlar öz əqidələrini təbliğ etməməlidirlər.

Dinşünaslıq elminin yaradıcıları və ən nüfuzlu alimləri Karl Marx, James Frazer, William James, Max Weber, Emile Durkheim, Sigmund Freud, Rudolf Otto, Carl Jung, Joseph Campbell olmuşdurlar.

                                     

2. Dinşünaslığın bölmələri

  • Mənbəşünaslıq
  • Dinin hüququ
  • Dinin psixologiyası
  • Dinin tarixi
  • Dinin fəlsəfəsi
  • Dinin sosiologiyası
  • Dinin semiotikası
  • Dinin fenomenologiyası
  • Dinin tənqidi
  • Dinin сoğrafiyası
                                     

3. Azərbaycanda dinşünaslıq

Azərbaycan SSR-inin bütün ali məktəblərində elmi ateizm kafedraları fəaliyyət göstərirdilər. Bundan başqa dinlərlə bağlı tədqiqatlar Azərbaycan SSR Elmlər Akademiyasının bəzi humanitar institutlarında ararılırdı.

O zaman həm də" Bilik” cəmiyyəti də fəaliyyət göstərirdi. Orada çeşidli alimlər mühazirələrlə çıxış edirdilər.

Azərbaycanın müstəqillik dönəmindən başlayaraq, bütün elmi ateizm kafedraları dinşünaslıq kafedraları adlanmağa başlamışdır. Ancaq sonra onların əksəriyyəti bağlanmışdı. Hal-hazırda dinin tarixi və sosiologiyası kimi bəzi dinşünaslıq fənləri Ali məktəblərin Fəlsəfə və Mədəniyyətşünaslıq kafedlarında tədris edilir.

1993-cü ildən başlayaraq AMEA M.Füzuli adına Əlyazmalar institutunda Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine" Dinşünaslıq” indeksi ilə dissertasiyalar müdafiə edilir. Dinin fəlsəfi problemləri ilə bağlı dissertasiyaların bəziləri AMEA Fəlsəfə və Hüquq institutunda Arxivləşdirilib 2014-08-18 at the Wayback Machine və AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Arxivləşdirilib 2015-04-06 at the Wayback Machine da müdafiə edilir.

Hal hazırda Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Fəsəfə və Hüquq institutunda "Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri" Arxivləşdirilib 2014-03-04 at the Wayback Machine şöbəsi fəaliyyət göstərir 2004-cü ildə yaranmışdır. AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda da "Din və ictimai fikir tarixi" şöbəsi vardır. Bundan başqa bəzi universitetlərdə dinşünaslıq elminin ayrı-ayrı sahələri tədris olunmaqdadır.

                                     
  • 2015 - ci ilin yanvar ayından yenidən fəaliyyətini bərpa etmişdir. Jurnal dinşünaslıq dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə Azərbaycan Respublikasının
  • fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır. 1969 - cu ildə Berqolyo Argentina paytaxtındakı San - Migel kollecinin dinşünaslıq fakültəsinin
  • müavini, şöbə müdiri vəzifələrini icra edib. Hazırda Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri vəzifəsində işləyir. Mütəmadi olaraq dövrü
  • Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000 2002 - ci illərdə Xəzər Universitetində
  • edənlər Orta əsr müsəlman məzhəbi. Onlar mücəssimilər kimi də tanınırlar. Dinşünaslıq terminologiyasında isə bu cür inanış şəklinə antropomorfizm deyilir
  • Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində - fəlsəfə, dinşünaslıq kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya
  • adlanmışdır və buna görə onu ateizmdə suçlamışdılar. Sonralar evhemerizm dinşünaslıq elmində bir nəzəriyyə kimi istifadə edilmişdir. Aydın Əlizadə 2016
  • 2007 - ci ildə hərbi xidmətdən sonra AMEA Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsində elmi işçi vəzifəsində çalışmışdır
  • Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. Kərimov Qasım Məmməd oğlu 1930 - cu il mayın 10 - da
  • vermişdir. Həmin razılığa əsasən Universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq
  • bəzi məsələləri Zərdüştiliyin tarixi kökləri və sosial mahiyyəti Dinşünaslıq fənninə dair dərs vəsaiti kitablarının və bir çox elmi monoqrafiya və