ⓘ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

                                     

ⓘ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu - Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur.

2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub.

                                     

1. Vəzifələri

  • Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək;
  • Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək;
  • Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq;
  • Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək;
  • sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;
  • Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək;
  • gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək;
  • Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
  • azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək;
  • Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq;
  • şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək;
                                     
  • Azərbaycanlı jurnalist - publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr
  • ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət
  • müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
  • AZƏRTAC - ın Uşaq Bilik Portalı, 2014 - cü ildən yenilənmiş Videosaytı fəaliyyət göstərir. 26 fevral 2015 - ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
  • şurasının üzvü AR Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri. Akif Əlizadə 25 fevral 1934 - cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi
  • əvvəlki, yəni Azərbaycan dili və ədəbiyyat tədrisi adı ilə dərcini davam etdirir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
  • nəzdində Azərbaycan dili kursları fəaliyyət göstərəcək. Bu ərəb ölkələrində açılmış ilk belə bölmədir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu
  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı
  • Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar
  • İnşaat Universiteti Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Tibb Universiteti