ⓘ Qutadqu-bilik

                                     

ⓘ Qutadqu-bilik

Bu kitab 1069-cu ildə Yusif Uluq Xas Hacib tərəfindən yazılmışdır. O, Balasaqun əhli olub, əsərini Qaşqarda bitirmişdir, yazıb Qaraxani sultanı Satıq Buğra xana təqdim etmişdir. Müəllif öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır və bu kitaba görə Xas Hacib rütbəsinə layiq görülmüşdür.

Kitabın mövzusu öyüddür, mübahisə və danışıq şəklində verilmişdir. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən, zərbi-məsəllərdən faydalanmışdır.

Kitab şeirlə, əruz vəzninin bəhrlərindən birində yazılmış, bu baxımdan "Şahnamə" yə bənzədiyi üçün iranlılar onu "türk Şahnaməsi" də adlandırmışlar.

Əsərin tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş, bəzi rəvayətlərə görə isə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsir altında olmuşdur. Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənir, bunlar da dini və dövlət işlərinə aid istilahlardır.

"Qutadğu bilik" tanrıya xitab şeirilə başlayır, sonra da peyğəmbərin və ilk dörd xəlifənin mədhi, bahar təsviri və Buğra xanın tərifi gəlir. Sonra yeddi ulduz, on iki bürc və elm, əql və dildən danışılır, sonra əsas mövzu başlayır və mübahisə dörd şəxsiyyət arasında cərəyan edir. Bu şəxslərin hər biri bir vaqiəti və ya bir həqiqəti təmsil edir.

  • Güntoğdı Gündoğdu- doğru yol və ədaləti təmsil edir.
  • Ugdolmuş- əql və məntiqi təmsil edir.
  • Aytuldı Aydoldu- səadət və xoşbəxtliyi təmsil edir.
  • Odqurmuş da sonu və aqibəti təmsil edir.
                                     

1. Ədəbiyyat

  • Kutadgu Bilig Araştırması Arxivləşdirilib 2009-07-29 at the Wayback Machine
  • Süer Eker 2006, "Kutadgu Biligde teñri ‘azze ve celle ögdisin ayur Türkçe İslami Terimlerin Kaynakları Üzerine" Bilig, yaz 2006, Sayı 38, s.103-122 Arxivləşdirilib 2012-01-29 at the Wayback Machine pdf
  • Kutadgu Bilig tüm basımları Arxivləşdirilib 2005-12-12 at the Wayback Machine
  • Nejat Doğan 2002, "Kutadgu Biligin Devlet Felsefesi", Erciyes Üniversitesi Sosyal Bilimler Dergisi, Sayı 12, yıl 2002, 127-158 s. Arxivləşdirilib 2007-08-08 at the Wayback Machine pdf
  • Gürer Gülsevin 2007, "Kutadgu Biligin Dilinde Lehçelerin Özellikleri: denk çiftler", Türkoloji Araştırmaları, Sayı 2, s.277-299
                                     

2. Xarici keçidlər

  • Balasaqunlu, Yusif 2006. Qutadğu bilig PDF. Bakı: Avrasiya Press. səh. 440. ISBN 978-9952-421-51-4. İstifadə tarixi: 2014-12-29.
  • "Qutadğu bilig poema / Qutadqu bilik" azərb). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
                                     
  • Qutadqu - bilik əsərinin müəllifi. 1020 - ci ildə anadan olmuş 1075 - ci ildə vəfat etmişdir. Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan Qutadqu - bilik
  • birliklərində də davam etmişdir. Bu əsirlərin önəmli əsas əsərlərindən olan Qutadqu - bilik və Nizamülmülk Siyasətnaməsində dövlətlərin daha da güclənməsi məsələsində
  • olan ədəbiyyatdır. Burada M.Kaşğarinin lüğətindən, Y.Balasaqunlunun Qutadqu - bilik əsərindən bəhs olunur. Ö.Xəyyamın, Sədi, Hafiz və Ə.Caminin, İ.Nəsimi
  • silsiləsinə daxildir. Mövzuca, məqsədcə müəyyən dərəcədə Kəlilə və Dimnə Qutadqu bilik Hədiqətül - həqiqə Siyasətnamə Qabusnamə Cəhar məqalə və
  • mütəqarib bəhri ilə yazılan ilk türk - uyğur abidəsi Yusif Balasaqunlunun Qutadqu - bilik poeması olmuşdur. Əruzla yazılan şeirlərin misraları bölüm kəmiyyətinə
  • Leypsiq 1867 Uigurische Sprachmonumente und das Kudatku - Bilik Uyğur Dil Abidələri və Qutadqu - Bilik Insbruk 1870 Geschichte Bocharas Buxaranın Tarixi
  • türkcə Qarluq Xəqani dilində əsərlər yazdılar. Yusif Balasaqunlu isə Qutadqu - bilik əsərini yazmışdır. Orta türk dilləri, 13 - cü əsrdən sonra fars - ərəb təsiri