ⓘ UNESCO

Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi

Beynəlxalq Ədalət Məhkəməsinin Əsasnaməsi - BMT Nizamnaməsinin ayrılmaz hissəsi, Beynəlxalq Ədalət Məhkəməsinin təşkilati prinsiplərini, fəaliyyət qaydasını, səriştəsini və prosedurunu müəyyənləşdirir. Məhkəmənin fəaliyyəti üçün hüquqi əsasdır.

Qraçanitsa monastırı

Qraçanitsa monastırı ― Kosovada yerləşən Serb pravoslav monastırı. Serbiya kralı Stefan Milutin tərəfindən 1321-ci ildə 6-cı əsrə aid köhnə bazilikanın dağıntıları üzərində inşa edilmişdir. Monastır 1990-cı ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmiş, 13 iyul 2006-cı ildə isə "Kosovadakı Orta əsr abidələri" adı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bütün ərazi tamailə Təhlükədə olan Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qraçanitsa monastırı kral Milutinin son ianələrindən biridir.

Zhangjiajie Milli Meşə Parkı

Çjantszyatsze Milli Meşə Parkı - Çinin Xunan əyalətinin Çjantszyatsze şəhərində yerləşən milli park.

Dünya Məntiq Günü

Dünya Məntiq Günü - 2019-cu ilin noyabr ayından başlayaraq hər il 14 yanvar tarixində qeyd olunan beynəlxalq bir gündür. Dünya Məntiq Günü məntiqin intellektual tarixini, konseptual əhəmiyyətini və praktik təsirlərini daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq niyyətindədir.

Voronets monastırı

Voronets monastırı ― Rumıniyanın Voronets kəndində orta əsr monastırı. Suçava judetsindəki Bukovinanın cənubundakı məşhur boyalı monastırlardan biridir. Monastır Moldova şahzadəsi Böyük Stefan tərəfindən 1488-ci ildə Vasliy döyüşündəki qələbəni anmaq üçün 3 ay və 3 həftə müddətində inşa edilmişdir. Tez-tez "Şərqin Sikstin kapellası" olaraq bilinən Voronedakı freskalar Rumıniyada "Voronets mavisi" olaraq bilinən tünd mavi rəngə sahibdir. Monastır Suçava judetsində, Voronets çayının vadisində yerləşir. Kilsənin mənşəyi haqqında əfsanə Rumıniya tarixinin mərkəzində olan iki nəfəri birləşdirir ...

Mramorye

Mramorye və ya Baqruşa ― Serbiyanın Peruçats kəndində yerləşən orta əsr nekropolu və bölgənin ən yaxşı qorunan nekropollarından biri. Nekropol 14-cü əsrdə tikilib və Drina çayı ilə yaşayış məntəqəsinin girişində çay boyunca uzanan əsas yol arasında yerləşir. Ərazi "müstəsna əhəmiyyətə malik bir mədəniyyət abidəsi" olaraq Serbiya Respublikası tərəfindən qorunur. Lakin ərazi yenə də bir tərəfdən Drina çayı, digər tərəfdən Peruçats qəsəbəsinin genişlənməsinin davam etməsi ilə təhdid olunur. 2016-cı ildə Mramoryenin də daxil oldduğu Serbiyadakı 3 nekropol UNESCO-nun Ümumdünya irsi siyahısına d ...

                                     

ⓘ UNESCO

UNESCO – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.

Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.

UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 191 ölkəsi bu təşkilatın üzvüdür.

UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır.

1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir.

Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır. UNESCO Nizamnaməsi, Türkiyədə 20 may 1946 tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir.

Mərkəzi Parisdə olan və Ümumi Konfrans, İcra Şurası,Katiblik olmaqla üç ali orqanı olan UNESCO təhsil, elm və mədəniyyət sahələrindəki məqsədlərini, özünə üzv olan hər dövlətdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırmağa çalışır.

Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edildi. Ölkəmizdə UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nın təşəbbüsü ilə 2009-cu ilin mart ayında Bakıda Beynəlxalq Muğam Festivalı keçirilmişdir. Mart ayının 18-dən 25-nə qədər davam edən festivalın ilk günü saat 18.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı nda baş tutmuşdur.

Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam musabiqəsi və festival konsertləri silsiləsi təşkil olunmuşdur.

Müsabiqədə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniya dan 67 iştirakçı qatılmışdı. Bu müsabiqədə 1 Qran-Pri və 3 mükafat var idi. Festivalın əsas mükafatını – qran-prini Azərbaycandan Təyyar Bayramov qazandı. Ümumiyyətlə,Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda təhsilin, mədəniyyətin və cəmiyyətin müxtəlif sahələri üzrə xoşməramlı missiya həyata keçirilir. Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva YUNİSEF-in xüsusi mükafatına layiq görülmüşdür. Dekabrın 27-də Bakı da, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.

Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşmışdır. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın daha da inkişaf etdirilməsi və təbliği üçün görkəmli xanəndələrin, muğam ustadlarının iştirakı ilə "dəyirmi masa" keçirilərək Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdı.

Bundan sonra 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı. Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

28 iyul 2010-cu ildə UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfər edib. O Bakıda Azərbaycanın UNESCO üzrə milli komissiyasının təşkilatçılığı ilə dəyirmi masada iştirak edib. "Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir" kimi əhəmiyyətli bəyanat verdi.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Ceyhun Bayramovdur.

                                     

1. Xarici keçidlər

  • "Unesco"nun təsis etdiyi konfranslar Arxivləşdirilib 2013-09-08 at the Wayback Machine
  • UNESCO-nun rəsmi saytı ing.
  • UNESCO-nun "Ümumdünya İrsi" Mərkəzi
                                     
  • UNESCO - nun xoşməramlı səfirləri istedad və ya şöhrətlərini UNESCO ideallarını yaymaq üçün istifadə edən, xüsusən də medianın diqqətini çəkən, UNESCO - nun
  • UNESCO Motsart Medalı Volfqanq Amadey Motsartın adına verilən və UNESCO tərəfindən idarə olunan bir mükafatdır. UNESCO 1991 - ci ildə Motsartın vəfatının
  • Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESCO Afrikada 145 Ümumdünya irsi obyekti təyin etmişdir. Bu obyektlər 35 suveren
  • Britaniya 24 Rusiya 21 ABŞ Dünya Mədəniyyət Mirasları siyahısı UNESCO - nun Dünya mirasları Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkənin
  • sərəncamı ilə Azərbaycanda Hüquq İslahatları Komissiyasının yaradılması. UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanması. 13 sentyabr
  • edir. World Heritage Centre: Official UNESCO El Pinacate and Gran Desierto de Altar Biosphere Reserve website UNESCO Photo gallery of Reserve ElPinacate
  • Statistics UNESCO İstifadə tarixi: 10 iyul 2019. Abu Mena UNESCO İstifadə tarixi: 28 may 2010. Abu Mena Threats to the Site 2001 UNESCO İstifadə
  • dünyanın ən gözəl memarlıq incilərindən biridir. Şəhərin Nəqşi Cahan meydanı UNESCO - nun mədəni irsinə daxildir. İsfahan 17 - ci əsrdə möhtəşəm sarayları və sərin
  • adası və Munakata bölgəsindəki bağlı ərazilər üçün namizədliyi çərçivəsində UNESCO - nun Dünya Mədəni İrsinin müvəqqəti siyahısına daxil edilmişdir. 9 iyul 2017 - ci
                                     

Zhangjiajie

Çjantszyatsze - Çinin Xunan əyalətində yerləşən şəhər. Şəhər, şərqdə Çanqde və cənubda Huaihua, qərbdə Xiangxi Tujia ilə şimalda isə Hubei əyaləti ilə qonşudur. Şəhərə Zhangjiajie Hava limanı xidmət göstərir. Çjantszyatszedə yerləşən Vulinqyuan Mənzərə və Tarixi Sahəsi 1992-ci ildə UNESCO Dünya İrsi Siyahısına daxil edilmişdir.

                                     

Villa Tugendhat

Villa Tugendhat, Çex Respublikasının Brno şəhərindəki Černá Pole regionunda yerləşən tarixi bir binadır. Avropadakı müasir memarlığın ilk prototiplərindən biridir və Alman memarı Ludwig Mies van der Rohe tərəfindən dizayn edilmişdir. 1928–1930-cu illər arasında Fritz Tugendhat və xanımı Greta üçün dəmir-beton konstruksiya formasında inşa edilmiş və modernizmin simvoluna çevrilmişdir.